ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin doktorantı Yaponiyada  tədqiqat aparacaq

Bakı, 21 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) fizika fakültəsinin doktorantı Almara Rəhimli Yaponiyanın Kumamoto Universitetinin tətbiqi kimya və biokimya mərkəzində tədqiqat işi aparacaq.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, Yaponiya dövlətinin dəvəti ilə reallaşan ezamiyyət bu ölkənin Elm Fondu tərəfindən maliyyələşdirilir. A.Rəhimli bir aylıq elmi ezamiyyət müddətində səthi karbonabənzər materialla modifikasiya olunmuş titan-dioksid nanohissəciklərinin yeni metodla sintezi və xassələrinin tədqiqi, tətbiqi imkanlarının araşdırılması məsələləri ilə məşğul olacaq.

Qeyd edək ki, BDU-da son zamanlar doktorantların ikili rəhbər məsələlərinə xüsusi diqqət yetirilir. A.Rəhimlinin elmi rəhbərlərindən biri BDU-nun fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov, digəri isə Kumamoto Universitetinin professoru Hirotaka İharadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.