ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin kollektivi Fəxri xiyabanı ziyarət edib

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Bakı Dövlət Universitetində (BDU) görkəmli kimyaçı alim, BDU-nun ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə Əlirza qızı Əliyevanın 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək akademik Rəfiqə xanım Əliyevanın xatirəsini anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Sonra tədbir iştirakçıları xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Dünya şöhrətli seleksiyaçı alim, ölkəmizdə biologiya və aqrar elminin görkəmli nümayəndəsi, akademik Cəlal Əliyevin də xatirəsi yad edilib, məzari üzərinə güllər düzülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.