ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin komandası beynəlxalq məhkəmə müsabiqəsinin qalibi olub

Bakı, 18 fevral, AZƏRTAC

Bakıda “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsinin Azərbaycan seçimlərinin final mərhələsi keçirilib. Seçimlər Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin və ADA Universiteti Hüquq Proqramının dəstəyi ilə ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi tərəfindən təşkil olunub.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, builki Azərbaycan milli raundlarında Bakı Dövlət Universitetinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültələrinin komandaları iştirak edib. Seçimlərdə ABŞ, Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan və Türkiyədən olan hakimlər iştirak ediblər.

Seçimlərin final mərhələsində Bakı Dövlət Universitetinin komandası qalib olub və müsabiqənin beynəlxalq raundlarına vəsiqə qazanıb.

Seçimlərin baş sponsorları Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və “BP Azərbaycan” şirkəti olub. Tədbirdə “MGB” hüquq şirkəti isə təşkilati dəstək göstərib.

Qeyd edək ki, bu müsabiqə dünyada 100-ə qədər ölkədən 600-dən çox hüquq məktəbinin iştirak etdiyi ən böyük məhkəmə müsabiqəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.