ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin magistraturasının boş qalan yerlərinə qəbul aparılır

Bakı, 9 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin magistraturasının geologiya (petrologiya), geologiya mühəndisliyi (filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası), geofizika mühəndisliyi (seysmologiya və seysmometriya) ixtisaslaşmaları üzrə boş qalan yerlərə qəbul elan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Magistr” jurnalının 6-cı sayında yer alıb. Bildirilib ki, 1 nömrəli proqrama aid bu ixtisaslaşmalara qəbul əyani formada Azərbaycan bölməsində aparılır.

Rus bölməsi üzrə isə əyani formada geologiya (petrologiya) və geologiya mühəndisliyi (filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası) ixtisaslaşmaları üzrə qəbul elan edilib. Geologiya (petrologiya) ixtisaslaşması üzrə Azərbaycan və rus bölmələri üzrə qəbul ödənişli əsaslarla aparılır.

Xatırladaq ki, boş qalan yerlərə qəbul fevralın 20-də və mayın 29-da keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.