ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin müəllim və tələbələri beynəlxalq açıq məlumat bazalarından istifadə edə biləcəklər

Bakı, 15 sentyabr, AZƏRTAC

Yeni tədris ilinin onlayn formada başlaması ilə əlaqədar Bakı Dövlət Universitetinin (BDU) elmi kitabxanası professor-müəllim heyəti və tələbələrin informasiya tələbatını ödəmək məqsədilə bir çox beynəlxalq açıq məlumat bazalarına giriş əldə edib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, elmi kitabxananın Metodiki iş və əməkdaşlıq şöbəsi bu açıq məlumat bazalarına digər ali məktəb kitabxanalarının da girişini təmin edib. Məlumat bazalarına elmi kitabxananın veb-səhifəsindən müvafiq bannerin üzərinə klik etməklə və ya tammətnli məlumat bazaları rubrikası ilə daxil olmaq mümkündür.

Bazada yer alan “European Books Limited” (İngiltərə, London) - Avropa kitabları şirkətinin ali məktəblər üçün 180000 təqaüd qrantları və 290 000 ali məktəb proqramlarının məlumat və istinad arxivinə giriş açıqdır. “EBSCO Open Dissertations” bazası müxtəlif elm sahələrinə dair müxtəlif dillərdə dissertasiyalardan açıq istifadə etmək imkanı verir. “Polpred.com” - işgüzar kütləvi informasiya vasitələri elektron kitabxana sistemi rubrikatorlu məlumat bazası olaraq gündəlik minlərlə xəbər, rus dilində tam mətnlər, 20 il ərzində informasiya agentliklərinin və işgüzar mətbuatın 4 milyon süjeti, 110 sahə və altsahə, 250 ölkə, ərazi və region, 600 mənbə, 170000 material, o cümlədən 90000 müəllif məqaləsi, 30000 şəxsin müsahibəsi geniş axtarış imkanlarını, bir kliklə yüzlərlə məqalənin “Word”ə eksport edilməsini təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.