ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin professoru onlayn beynəlxalq konfransda məruzə edib

Bakı, 29 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, professor Mais Süleymanov “Nüvə fizikası və elementar zərrəciklər fizikası. Nüvə fizikası texnologiyaları” adlı 70-ci beynəlxalq onlayn konfransda iştirak edib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, M.Süleymanov konfransda “Böyük Adron Kollayderinin enerjilərində müşahidə olunan pT bölgələrinin mənası, bölgələrin bəzi xüsusiyyətləri” adlı məruzə ilə çıxış edib. Alimin məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.