ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin tələbələri AMEA-nın Fiziologiya İnstitutunda təcrübə keçirlər

Bakı, 25 fevral, AZƏRTAC 

Bakı Dövlət Universitetinin biologiya fakültəsinin IV kurs tələbələri AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda biologiya ixtisası üzrə təcrübə keçirlər.

Fiziologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, tələbələr istehsalat təcrübəsində dünya praktikasında tətbiq olunan metodlar haqqında məlumat alırlar. Onlar laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə tanış olurlar.

Eyni zamanda, tələbələr institutun elmi seminarlarında iştirak edərək tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərə yiyələnirlər.

İstehsalat təcrübəsi aprelin 19-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.