Bakı Dövlət Universitetinin tələbələri Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olublar
AzerTAg.az
Qəbələ, 12 may, Mustafa Dadaşov, AZƏRTAC
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin və “Sabah” qrupunun IV kurs tələbələri üçün Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda praktik məşğələ təşkil olunub.
Qoruğun direktoru Zahir Kərimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tələbələr əvvəlcə Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonlarında nümayiş olunan tarixi eksponatlarla tanış olub, buradakı bərpa laboratoriyasına baxıblar. Onlara Mərkəzin yaradılması və bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər barədə ətraflı məlumat verilib.
Sonra tələbələr qoruğun Səlbir və Qala ərazilərinə səfər edib, arxeoloji qazıntılar aparılan sahələrlə yaxından tanış olublar. Qonaqlara burada dövrü olaraq aparılmış arxeoloji qazıntılar və arxeoloqlar tərəfindən aşkar olunan tarixi tapıntılar barədə məlumat verilib, onları maraqlandıran suallar qoruq əməkdaşları tərəfindən cavablandırılıb.
Tələbələr burada əldə etdikləri tarixi məlumatların, biliklərin onların gələcək peşə fəaliyyətində mühüm rol oynayacağını bildiriblər.





Xəbərin mətnində orfoqrafik səhv var