ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin tələbələri Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübə keçirlər

Bakı, 22 fevral, AZƏRTAC 

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu Bakı Dövlət Universiteti ilə təhsil və elmin inteqrasiyası çərçivəsində əməkdaşlığını davam etdirir. Universitetin Torpaqşünaslıq və aqrokimya fakültəsinin 57 tələbəsi Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübə keçməyə başlayıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tələbələr təcrübə zamanı ayrı-ayrı laboratoriyalarda torpaq və su analizlərinin aparılması prosesi, müxtəlif cihazların iş prinsipləri ilə tanış olur, analitik işlərdə iştirak edirlər. Bununla yanaşı, onlar əldə etdikləri biliklər üzrə gün ərzində görülən işlər haqqında məlumatları gündəliklərində qeyd edirlər.

İstehsalat təcrübəsi martın 15-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.