CƏMİYYƏT
Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən qızlar Kliniki Tibbi Mərkəzə çatdırılıblar
Bakı, 21 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi qeydə alınıb.
Səhiyyə Nazirliyindən AZƏRTAC-ın sorğusuna verilən cavaba görə, hadisə barədə məlumat Təcili Tibbi Yardıma saat 12:35-də daxil olub. Həkimlər Mətbuat küçəsi, 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölmüş, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Yaşları 20-22 arasında olan qızların vəziyyəti kritikdir. Onların müalicələri davam edir.