İQTİSADİYYAT


Bakı-Dubay sərnişin təyyarəsi Şirazda məcburi eniş edib

Tehran, 11 oktyabr, AZƏRTAC

Bu gün səhər saatlarında Bakıdan Dubaya uçan “FlyDubai” aviaşirkətinə məxsus sərnişin təyyarəsi İranın Şiraz şəhərinin hava limanına məcburi eniş edib.

AZƏRTAC xəbər verir ki, təyyarənin yanına təcili tibbi yardım və yanğınsöndürən maşınları gəlib. Şirazın beynəlxalq hava limanının rəisi Ehsan Ostavari jurnalistlərə bildirib ki, pilotlar təyyarədə tüstüləmə gördükdən sonra aeroportdan yenmək üçün icazə alıb və onlara icazə verilib.

Təyyarədəki 124 sərnişin və 6 ekipaj üzvü təxliyə edilib. Şirkətin mütəxəssisləri hadisə yerinə yola düşüblər. Sərnişinlər başqa təyyarə ilə yola salınacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.