MƏDƏNİYYƏT


Bakı Ekspo Mərkəzində xalça təqdimatı olacaq

Bakı, 5 oktyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində açılan VIII Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Xalça Muzeyi də təmsil olunur.

Muzeydən AZƏRTAC-a bildirilib ki, burada muzeyin son illərdə çapdan çıxmış dəyərli nəşrləri nümayiş etdirilir.

Sərgi müddətində muzeyin Uşaq şöbəsinin əməkdaşları tərəfindən uşaqlar və yeniyetmələr üçün müxtəlif kukla tamaşaları göstəriləcək, oxu saatı, suvenir xalçanın hazırlanması, xovsuz xalça şəddənin toxuması, dekorativ oyuncaqların düzəldilməsi, böyüklər üçün isə xalça toxuma, xalça eskizlərinin hazırlanması üzrə maraqlı ustad dərsləri keçiriləcək. Həmçinin ziyarətçilərə dəzgahda boyanmamış təbii saplardan xalça toxuma prosesi təqdim olunacaq.

Oktyabrın 7-də isə muzeyin Ənənəvi texnologiya şöbəsinin müdiri Əfşan Rzayevanın müəllifi olduğu, görkəmli alim, xalçaçı-rəssam Lətif Kərimovun həyat və yaradıcılığına həsr olunmuş “Ömrün zirvələri” adlı xalçanın təqdimatı keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.