ELM VƏ TƏHSİL


Bakı Elm Olimpiadasının final mərhələsi başa çatıb

Bakı, 25 may, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən Bakı Elm Olimpiadasının final mərhələsi başa çatıb.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, Bakı Ali Neft Məktəbində (BANM) təşkil olunan tədbirdə əvvəlcə qonaqlar, komanda üzvləri və onların rəhbərləri universitetin auditoriyaları, elmi-tədqiqat laboratoriyalarındakı müasir avadanlıqlarla tanış olub, tədris edilən ixtisaslar barədə ətraflı məlumat alıblar.

Daha sonra 20 komanda dörd saat ərzində üç təcrübə işini yerinə yetiriblər.

Bakı Elm Olimpiadasının final mərhələsi ilə bağlı təşkil olunmuş tədbiri BANM-ın rektoru Elmar Qasımov açaraq final mərhələsinə vəsiqə qazanan məktəbliləri təbrik edib. E.Qasımov belə olimpiadaların şagirdlərin bilik və bacarıqlarının artırılmasına, təlim motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərdiyini deyib.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva BANM-ın rəhbərliyinə və kollektivinə olimpiadanın final mərhələsinin keçirilməsi üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib. M.Vəliyeva olimpiadanın şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərinin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradılması, dərin biliklərə malik şagirdlərin aşkara çıxarılması məqsədilə VIII, IX, X sinif şagirdləri arasında təşkil edildiyini söyləyib.

Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev olimpiadanın final mərhələsində təcrübə işinin yerinə yetirilməsinin məktəblilərin tədqiqat işlərinə marağının artırılması və ali təhsil müəssisələrinin təcrübə imkanlarından şagirdlərin istifadə etməsinə şərait yaradılmasında mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Qeyd edək ki, təcrübə işi 40 ballıq sistemlə qiymətləndiriləcək. Ən çox bal toplayan ilk 3 komanda qalib hesab olunacaq. Qaliblər Təşkilat komitəsi tərəfindən təyin olunmuş mütəxəssislərdən ibarət Ekspert qrupu tərəfindən müəyyənləşdiriləcək.

Qaliblərə BŞTİ tərəfindən diplom, medal və hədiyyələr təqdim ediləcək. Həmçinin final mərhələsinə keçən komandalar arasından ən yüksək bal toplayan komanda üzvləri diplomla təltif olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.