Bakı Enerji Forumu çərçivəsində ilk dəfə “Zero Waste” proqramı tətbiq ediləcək
AzerTAg.az

Bakı, 24 may, AZƏRTAC
Bu il sərgi mövsümünə Bakı Enerji Forumu ilə yekun vurulacaq. Forumda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri müzakirə ediləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri “İteca Caspian” şirkətinin layihə meneceri Nailə Əliyeva deyib. O bildirib ki, ənənəvi olaraq forumda 600-dən çox nümayəndə iştirak edəcək. Bakı Enerji Forumunda qaldırılacaq mühüm mövzular sırasına xalis sıfır emissiya, “Zero Waste” (Sıfır tullantı) proqramı da daxil edilib. Tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” proqramı həm də ilk dəfə olaraq forum çərçivəsində tətbiq ediləcək. Bu məqsədlə, tədbir zamanı çap vasitələrindən istifadə minimuma endirilərək elektron vasitələrə üstünlük veriləcək və beynəlxalq “Zero Food Waste” təşəbbüsünə əsasən qidadan optimal istifadə prinsipi tətbiq olunacaq.
Tədbirin keçiriləcəyi Bakı Konqres Mərkəzi də ekoloji konseptdə inşa edilib. Mərkəzdə quraşdırılmış günəş enerjisi panelləri vasitəsilə enerji istifadəsinə sərf olunan xərclərə qənaət edilir.
Xəbərin mətnində orfoqrafik səhv var