İQTİSADİYYAT


Bakı Enerji Forumunun bağlanış mərasimi Şuşada keçiriləcək

Bakı, 24 may, AZƏRTAC

Bakı Enerji Forumunun bağlanış mərasimi Şuşada keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu “Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, iyunun 4-də Şuşa şəhərində forum iştirakçılarının sessiya konfransı keçiriləcək. Orada tədbir iştirakçıları arasında bir sıra saziş və sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, iyunun 1-dən 3-dək keçiriləcək “Bakı Enerji Həftəsi”nə 30 ölkədən 300-ə yaxın şirkət iştirakını təsdiq edib. Xəzər regionunda neft-qaz sahəsi və enerji sektorunun ən mötəbər tədbiri olan “Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi, 10-cu Yubiley Xəzər Beynəlxalq “Energetika və Alternativ Enerji” sərgisi və Xəzər Neft və Qaz Konfransının xələfi olan “Bakı Enerji Forumu”nu bir araya gətirir.

Tədbirlər Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə “Iteca Caspian” və beynəlxalq tərəfdaşları ilə təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.