Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakı Enerji Forumunun ikinci günü maraqlı müzakirələrlə yadda qaldı

Bakı, 2 iyun, AZƏRTAC

Bakı Enerji Forumunun ikinci günündə Xəzər regionunda kəşfiyyat və hasilat imkanları, təhlükəsizliyin gücləndirilməsi ilə dayanıqlı inkişafın təmin edilməsi, uğurlu enerji keçidində insan kapitalının rolu, enerji sektorunda texnoloji innovasiyalar, yaşıl enerji və xalis sıfır emissiya mövzuları müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxışında Ulu Öndər Heydər Əliyevin neft-qaz sənayesinin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Heydər Əliyev hələ 1970-ci illərdə ölkəmizin neft-qaz sənayesinə xüsusi qayğı ilə yanaşıb, mövcud vəziyyətlə tanış olub və qarşıda duran məsələləri həll etməyə başlayıb: “Qısa zaman ərzində dünyada məşhur olan üzən qazma qurğuları və digər istiqamətlərdə işləməyə imkan verən qurğular əldə edildi. Bu qurğuların sayı 11-ə çatdırıldı. Azərbaycan üçün 75 növdə 400-dən çox gəmi alındı. Bu, çox böyük inkişaf idi. Bu nailiyyətlərdən sonra yataqlar kəşf edilməyə başlandı. Dünyada məşhur olan “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlarının “Günəşli” hissəsi 1979-cu ildə, “Çıraq” hissəsi 1985-ci ildə, “Azəri” hissəsi 1987-ci ildə kəşf edildi. Bu yataqlarla bərabər bir sıra kiçik platformalar aşkar edildi. Heydər Əliyev sanki bilirdi ki, Azərbaycan müstəqil olacaq, ona görə də sovet dövründə Azərbaycanın neft sənayesini daim diqqətdə saxlayırdı. Sovet dövründə neft sənayemizdə müəyyən işlər görülmüşdü və işləmək üçün şərait yaradılmışdı”.

X.Yusifzadə vurğulayıb ki, “Azəri-Çıraq-Günəşli” sovet dövründə kəşf edilsə də, tam dərinliklərində iş aparılmırdı: “Ölkəmiz müstəqil olandan sonra istəyirdik ki, yataqların birgə işlənməsi ilə bağlı xariciləri dəvət edək. Bir çoxları hesab edirdi ki, bizim sovet dövründən neft sənayesində təcrübəmiz var, xariciləri niyə dəvət etməliyik? Xarici şirkətləri dəvət etmək qəbahətli iş deyildi. Çünki dünyada belə təcrübə çoxdur. Heydər Əliyevlə məsləhətləşəndən sonra belə qərara gəlindi ki, xarici şirkətləri dəvət edək və onlarla birgə işləyək. Tender elan edildi, əsasən ABŞ, İngiltərə, Türkiyə şirkətləri ölkəmizə gəlməyə başladılar. Danışıqlar Bakıda, İstanbulda, ABŞ-ın Hyuston şəhərində keçirilirdi və asan getmirdi, bizim xarici şirkətlərlə danışıq aparmaqla bağlı geniş təcrübəmiz yox idi.

İlham Əliyev həmin dövrdə Dövlət Neft Şirkətində çalışırdı. Onun xarici dilləri bilməsi, xaricdə təhsil alması işin gedişinə çox kömək etdi. Vaşinqtonda görüş zamanı qarşı tərəf bildirdi ki, Azərbaycan Rusiya ilə Xəzər dənizinin statusu məsələsini həll etməlidir. Hələ o vaxt 1994-cü il idi. Həmin vaxt mən Heydər Əliyevə zəng vurdum və qarşı tərəfin istəyini məruzə etdim. Heydər Əliyev İlham Əliyevi Vaşinqtona göndərdi, bu məsələni həll etdi. Biz ümumi razılığa gəldik. Beləliklə, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləs”inin imzalanmasına nail olduq. Rusiya ilə Xəzər dənizinin statusu ilə bağlı məsələni isə 2002-ci ildə həll etdik.

“Əsrin müqaviləsi”nin Azərbaycana çox xeyri oldu. Dünyanın aparıcı dövlət və şirkətləri bir daha əmin oldular ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır. Saziş imzalandıqdan sonra xarici şirkətlər daha 35 sazişə imza atdılar. Müqavilənin iqtisadi əhəmiyyəti isə o oldu ki, Azərbaycanın neft sənayesinin hasilatı ən aşağı səviyyədən - 1997-ci ildə 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Beləliklə, neft hasilatı 5,6 dəfə artdı”.

Diqqətə çatdırılıb ki, cari il mayın 1-dək “Şahdəniz” qaz-kondensat yatağından 192 milyard kubmetr qaz hasil edilib. Bu günə qədər yataqdan 41 milyon ton kondensat da hasil olunub. Yatağın qaz ehtiyatları 1,2 trilyon kubmetr, kondensat ehtiyatları isə 240 milyon ton qiymətləndirilir. Həmçinin "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənilməsinə başlanılandan mayın 1-dək 573 milyon ton neft hasil edilib. İndiyə qədər yataqlar blokundan 208 milyard kubmetr qaz hasil olunub. İndiyədək AÇG-də hasil edilən neftin 340 milyon tondan çoxu Azərbaycanın mənfəət neftinin payına düşüb. Azərbaycanda hasil edilən 654 milyon ton neftin 484 milyon tonu “Bakı-Tbilisi-Ceyhan” kəməri vasitəsilə dünya bazarlarına çıxarılıb.

Daha sonra SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov yaşıl enerjiyə keçidi sürətləndirmək, keçid prosesini effektiv etmək və gələcəkdə ölkənin yaşıl iqtisadiyyatını səmərəli şəkildə idarə edə bilmək üçün yüksəkixtisaslı kadrların, mütəxəssislərin və mühəndislərin hazırlanmasına ciddi ehtiyac olduğunu qeyd edib.

O bildirib ki, iqlim dəyişikliyi və digər qlobal çağırışlar fonunda SOCAR neft-qaz sənayesində zəngin təcrübədən istifadə etməklə gələcək inkişaf çərçivəsində bioyanacaq və hidrogen kimi digər aşağı karbonlu biznes fəaliyyətlərində iştirakı nəzərdə tutur: “Bərpaolunan enerji sektorunun inkişafı bu sektorda məşğulluq imkanlarını artırır. Təbii ki, əmək bazarı və təhsil müəssisələri bu artıma hazır olmalıdır. Bərpaolunan enerji sektorunda işçi sayı 2020-ci ildə dünya üzrə 12 milyon, 2021-ci ildə 12 milyon 700 min nəfər qeydə alınmışdısa, 2050-ci ildə bu rəqəmin 43 milyona çatacağı gözlənilir”.

Xalik Məmmədov vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində məhz yaşıl enerji layihələrinə üstünlük verilib. Həmin ərazilərdə günəş enerjisi potensialı 7200 meqavat və külək enerjisi potensialı isə 2000 meqavat olaraq müəyyən edilib.

O, həmçinin qeyd edib ki, yaşıl və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpaolunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi üçün innovativ ideyaları artırmaq məqsədilə innovasiya startaplarının sayının artırılması düşünülür.

"TotalEnergies"in Azərbaycan üzrə idarəedici regional direktoru Regis Aqut şirkətin 2024-cü ildə “Abşeron” yatağında hasilata başlamağı planlaşdırdığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, şirkət “yaşıl” texnologiyalardan istifadə etməklə və minimum karbon emissiyası ilə mədən proseslərini həyata keçirməyi nəzərdə tutur: "Bütün bunlar bizə neft hasilatının davamlılığına və təhlükəsizliyinə nail olmağa imkan verəcək. Biz baş ofisimizdə "Smart Home Data Center" işləyib hazırlamışıq, burada qazma prosesini və səmərəliliyini izləyirik. Bu məlumat mərkəzi bizə dünyada olan bütün “TotalEnergies” yataqlarını izləməyə imkan verir”.

Daha sonra İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi (4SIM) ilə "Iteca Caspian" şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktor vəzifəsini icra edən Fariz Cəfərov və “Iteca Caspian” şirkətinin baş direktoru Fərid Məmmədov imzalayıblar.

Forum iyunun 3-də Naxçıvan şəhərində “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya ilə öz işini davam etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Oktyabrın 5-nə olan USD/AZN rəsmi məzənnəsi

Qubada “And yerimiz – şəhidlər” kitabının təqdimatı olub

Cari tədris ilində 175 nəfər məktəb direktoru vəzifəsinə təyin edilib - EKSKLÜZİV

Qlobal İnnovasiya İndeksində UNEC ölkənin innovasiyanı ən yaxşı tətbiq edən universitetidir

DİM-də fizika və rus dili fənləri üzrə imtahan proqramları müzakirə edilib

Profilaktik tədbirlər və maarifləndirmə yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqda mühüm rol oynayır

® Yenilənmiş “Nar”ı hiss et və hədiyyələr qazan!

İstiqlal Muzeyində növbəti sərgi - “Müqəddəs andım”

Vətən müharibəsi tarixinə dair yeni nəşrlər işıq üzü görüb

® “Rabitəbank”dan nağd pul krediti üzrə payız kampaniyası!

Böyük Britaniya və İrlandiya indi “Avro-2028”ə ev sahibliyi etmək istəyən tək namizəddir

Azərbaycanlı violin ifaçısı Avstriyada və Çexiyada konsert proqramı ilə çıxış edəcək

Mənzil üzərində mülkiyyət hüququ necə rəsmiləşdirilir?

Dillər Universitetinin Konfutsi İnstitutu Çin şirkətlərinin sərgisində iştirak edib

Alman nəşri: Katrin Kolonna Aİ-ni “qətiyyətlə” Ermənistanın tərəfini tutmağa məcbur edir

Füzulidə “Ölümə qənşər-2” bədii-sənədli filminin təqdimatı olub

“Azərkosmos” və ISESCO Azərbaycanda kosmos sahəsində ilk investisiya layihəsini həyata keçirəcəklər VİDEO

Astronavtlar Milli Aviasiya Akademiyasının qonağı olublar

Azərbaycan və Türkiyə iş adamları arasında biznes sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanın haqq səsini dünyaya çatdıran QHT-lər

® Ölkənin ilk brend rezidensiyası - The Ritz-Carlton Residences, Baku ilə yeni həyatı kəşf edin

Ümumukrayna Gənclərinin Ekoloji Forumunda Qarabağ bölgəsində ekoloji terror mövzusuna toxunulub

Bakıda “Go Green” sərgisi açılıb

Fransada nəşr edilmiş kitabda Azərbaycan tarixi abidələrindən də bəhs olunub

Deputat: Cəbrayılın azad edilməsi Prezident-xalq-Ordu birliyinin gücünün və qətiyyətinin sübutudur

Rusiya XİN: Moskva Qarabağ ermənilərinin bir hissəsinin qayıtmaq istədiyi barədə informasiya alır

“Azərreyl” voleybol klubu yeni mövsümün hazırlığına başlayıb

Tələbələr mediasiya ilə bağlı maarifləndirilib

Maldiv Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ağsuda Antik dövrə aid nekropolda aparılan tədqiqat yekunlaşıb

“Hekken” – “Qarabağ” oyununun hakimi Azərbaycan çempionunu favorit hesab edir

Otuz il sonra Qazaxın bu kəndində uşaq bağçası fəaliyyətə başlayıb 

Rəsədxana əməkdaşı Estoniyada elmi araşdırma aparır

Bakıdakı Rus evində “Çox sağ olun, müəllimlər!” adlı bayram konserti keçirilib

“Xəzri-2023” birgə taktiki təlimində Azərbaycan və Qazaxıstanın hərbi dənizçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər VİDEO

Cəlilabad sakininin intihar faktı üzrə başlanmış cinayət işinin istintaqı yekunlaşıb

İcma: Ermənilərin Qarabağa qayıtmasının vacibliyini vurğulayan Toyvo Klaarın Qərbi azərbaycanlıların qayıdışından danışmaması qəbuledilməzdir

“Hekken”in baş məşqçisi: “Qarabağ” avrokuboklarda böyük təcrübəyə malikdir

İndoneziya mətbuatında Ulu Öndər Heydər Əliyevə həsr edilmiş məqalə dərc olunub

Türkiyəli professor AzMİU-nun müəllim və tələbələri ilə fikir mübadiləsi aparıb

Daha bir qrup Vətən müharibəsi veteranı üçün kiçik bizneslər yaradılıb

Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding” arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakıda kosmos proqramlarının planetin gələcəyindəki rolu müzakirə olunub

Leyla Abdullayeva: Fransanın Ermənistana göstərə biləcəyi ən böyük yardım onu sülh müqaviləsini imzalamağa inandırmaqdır

Rusiya XİN: Zəngəzur dəhlizinin açılması üzərində iş davam edir

Təhsil işçiləri üçün vətəndaş məmnunluğunun artırılması mövzusunda təlimlər keçirilir

Avropa Komissiyası Çin elektromobillərinə qarşı təhqiqata başlayıb

Azərbaycanın U-21 yığması oyunlarını “Azersun Arena”da keçirəcək

AZSTAND növbəti dəfə TürkAK tərəfindən akkreditasiya olunub

AVRO-2032 Türkiyə və İtaliyada keçirilə bilər

DYP mövcud hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Xoşbəxt Bağı oğlu Yusifzadə

® “Unibank” müəllimlər üçün kredit kampaniyası keçirir

ŞƏT-ə üzv ölkələr Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya qoyub

Dövlət Kukla Teatrının direktoru: Heç zaman məcburən bilet satdırmamışıq - MÜSAHİBƏ

Bolqarıstanın Baş naziri: Şengen zonasına qəbul edilməməyimiz müxalifəti gücləndirəcək

Beynəlxalq Muğam Mərkəzində Aşıq Veysəlin xatirəsi yad olunub

RF XİN İstanbulda ABŞ, Aİ və Rusiya nümayəndələrinin Qarabağla bağlı görüşü haqqında informasiyanı təsdiq edib

“A-hub Akselerasiya Proqramı”nın açılış mərasimi keçirilib

Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş sərgi açılacaq

XİN: Ermənistan XİN-in Azərbaycan tərəfindən erməni separatçıların həbsinə dair etiraz bəyanatını qətiyyətlə pisləyirik

Milli Kitabxanada Cəbrayıl Şəhəri Gününə həsr olunmuş ənənəvi kitab sərgisi açılıb

Cəbrayılın azad olunması Ordumuzun zabit və əsgərlərinin şücaətinin nəticəsidir – AÇIQLAMA

Eldar Əzizov: Memarların intellektual əməyinə böyük tələbat var

“Qərbi Azərbaycan aşıqları” adlı şeir antologiyası hazırlanır

Otuz il əvvəl itkin düşən Seyfulla Tairovun Edillidə aşkarlanan nəşinin qalıqları Saatlıda torpağa tapşırılıb VİDEO

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Fəxri xiyabanda dəfn olunub VİDEO

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimi BDU tələbələri ilə görüşüb

Bakıda dünya çempionu olan koreyalı taekvondoçu Azərbaycan millisinin məşqinə qatılıb

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

® “Birbank Biznes”də yeni “Sürətli kredit” məhsulu istifadəyə verildi

Abşeron yarımadasının bəzi yerlərində leysan yağacağı gözlənilir

Kimya sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb

Çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı

Vəli Qasımov: Yaşım artdıqca, daha da cavanlaşdığımı hiss edirəm - MÜSAHİBƏ

Yaşıl mələk kimi

NASA Ayda binalar tikməyi planlaşdırır

Yaponiyada Qara Qarayevin iki əsərindən ibarət kitab çap olunub

Beynəlxalq Astronavtika Konqresində növbəti plenar iclasda Çinin bu sahədə uğurlarından danışılıb

Basketbolçu Maykl Cordan ən varlı 400 amerikalının sırasında yer alıb

Güclü təsir edən maddələri satış məqsədilə qanunsuz hazırlayanlar məsuliyyətə cəlb olunacaqlar

Bilgəh qəsəbəsində Beynəlxalq Ahıllar Günü qeyd edilib

Daşaltıda nəşinin qalıqları tapılan Veysəl Qasımov torpağa tapşırılıb VİDEO

İsrail silah ixrac edəcəyi ölkələrin siyahısını genişləndirib

Bu il 100 uşaq övladlığa verilib

İndiyədək “Araz Vadisi İqtisadi Zonası” sənaye parkına 10 milyon manata yaxın investisiya yatırılıb

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir VİDEO

Azərbaycanda ilk dəfə Musiqi forumu keçiriləcək

ADA Universitetinin tələbələri kosmonavtlarla görüşüb

2002-2003-cü illərdə Türkiyənin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar Yakışdan

BDU-nun doktorantı Türkiyənin Qazi Universitetində tədqiqat aparıb

“Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya” mövzusunda müsabiqəyə start verilib

Birinci Kanalın sabiq redaktoru 8,5 il müddətinə azadlıqdan məhrum olunub

Qütb maye udma zolaqlarının vizuallaşdırılmasının rəqəmsal modeli – tədqiqat

Azərbaycanın qeyri-neft ixracı 10,6 faiz artıb

“Araz-Naxçıvan”ın futbolçusu: Dövrəni major notlarla yekunlaşdırmaq istəyirik

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə başlanılır

Sumqayıtda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Gənclər Kitabxanasında Cəbrayıl Şəhəri Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb