İQTİSADİYYAT
Bakı Enerji Həftəsi çərçivəsində Yaşıl Enerji Sərgisi - “Caspian Power” təşkil olunacaq
Bakı, 24 may, AZƏRTAC
Mayın 31-dən iyunun 3-nə kimi keçiriləcək Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunacaq “Caspian Oil&Gas” sərgisi artıq 27 ildir ki, neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıqlar üçün bir platformaya çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri sərginin təşkilatçısı olan “İteca Caspian” şirkətinin layihə rəhbəri Aynurə Nəzərli deyib.
O bildirib ki, “Caspian Oil&Gas” sərgisi ilə eyni tarixlərdə təşkil ediləcək digər tədbir isə Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - “Caspian Power” olacaq. Sərgi gündəmində beynəlxalq və yerli şirkətlərin energetika və bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər əks olunacaq. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər mövzular müzakirə ediləcək. Sərgi çərçivəsində bir sıra tədbirlər də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]