İQTİSADİYYAT


Bakı Fond Birjası Dünya Birjaları Federasiyasının illik onlayn görüşlərində iştirak edib

Bakı, 10 sentyabr, AZƏRTAC

Bakı Fond Birjası (BFB) Azərbaycan kapital bazarını beynəlxalq arenada təmsil etmək, o cümlədən xarici ölkələrin qabaqcıl birjaları ilə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını genişləndirmək məqsədilə Dünya Birjaları Federasiyasının (World Federation of Exchanges) üzvləri və tərəfdaşları ilə (Annual Meeting Virtual) illik keçirilən onlayn görüşlərdə iştirak edib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, 7-ci virtual görüşdə birjalar arası bilik mübadiləsi, Federasiyaya daxil olan birjalar və tərəfdaşlar arasında müzakirələr aparılıb.

Qeyd edək ki, Bakı Fond Birjası ötən il yanvarın 15-dən etibarən Dünya Birjaları Federasiyasında tərəfdaş birja statusunu əldə edib. Bununla da Bakı Fond Birjası regionda Federasiya ilə əməkdaşlığa başlayan ilk birjadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.