İQTİSADİYYAT


Bakı Fond Birjası Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım vəsaiti ayırıb

Bakı, 1 aprel, AZƏRTAC

Bakı Fond Birjası (BFB) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il Fərmanı əsasında ölkəmizdə koronavirusun yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım vəsaiti ayırıb.

BFB-dən AZƏRTAC-a bildirilib ki, Bakı Fond Birjasının korporativ sosial məsuliyyətlilik daxilində yardımının əsas məqsədi koronavirus (COVID-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində sosial həmrəylik nümayiş etdirmək və ölkə iqtisadiyyatına təhlükəli xəstəliklə mübarizədə öz töhfəsini verməkdir.

Qeyd edək ki, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirini məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləmək istəyən fiziki və hüquqi şəxslər Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödəmələr həyata keçirə bilər. Eyni zamanda, maliyyə dəstəyi ilə yanaşı hər kəsi gigiyena qaydalarına riayət etməyə, lazım olmadıqca çölə çıxmamağa, pandemiya ilə bağlı məlumatları yalnızca güvənilir mənbələrdən əldə etməyə çağırır və bu çətin dövrdə həmrəylik göstərməyə dəvət edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.