İQTİSADİYYAT


Bakı Fond Birjası beynəlxalq vebinarda iştirak edib

Bakı, 8 sentyabr, AZƏRTAC

Bakı Fond Birjası (BFB) sentyabrın 8-də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı Fond Birjaları Təşəbbüs qrupunun təşkil etdiyi “Net Zero transition” onlayn vebinarında iştirak edib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, vebinarda ətraf mühitin qorunması, tullantıların azalması, təbiətin çirklənməsi problemini qarşılamaq üçün SSE üzvlərinin təşəbbüsləri, hazırkı status və hazırlıq prosesi geniş müzakirə olunub.

Qeyd edək ki, Bakı Fond Birjası 2020-ci il martın 31-də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı Fond Birjaları Təşəbbüs ( “The UN Sustainable Stock Exchange Initiative” – “UNSSE”) qrupuna üzv olaraq qəbul olunub. 2009-cu ildə əsası qoyulmuş Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupunun (Təşəbbüs Qrup) əsas məqsədi qabaqcıl ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin öyrənilməsi və tətbiqi üzrə birjalar üçün mütəşəkkil platforma yaratmaq və müəyyən olunmuş dayanıqlı inkişaf hədəfləri çərçivəsində investisiya və maliyyələşmə prinsiplərini təşviq etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.