İQTİSADİYYAT


Bakı Fond Birjasında BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu ilə görüş keçirilib

Bakı Fond Birjasında BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu ilə görüş keçirilib

Bakı, 8 fevral, AZƏRTAC

Fevralın 8-də Bakı Fond Birjasında (BFB) BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu ilə onlayn formatda görüş keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı yerli kapital bazarlarında ilkin kütləvi təklif və yaşıl istiqrazın emissiya imkanları, maliyyə savadlılığının artırılması və listinq məsləhət proqramı barəsində qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bakı Fond Birjası 2020-ci il martın 31-də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı Fond Birjaları Təşəbbüs qrupuna üzv olaraq qəbul edilib. 2009-cu ildə əsası qoyulmuş Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupunun əsas məqsədi qabaqcıl ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin öyrənilməsi və tətbiqi üzrə birjalar üçün mütəşəkkil platforma yaratmaq və müəyyən olunmuş dayanıqlı inkişaf hədəfləri çərçivəsində investisiya və maliyyələşmə prinsiplərini təşviq etməkdir.

Qeyd edək ki, ənənəvi olaraq Bakı Fond Birjası hər il olduğu kimi, bu il də BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupunun və Dünya Birjaları Federasiyasının təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş Gender Bərabərliyi üçün Açılış Zəngi tədbiri keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.