İQTİSADİYYAT


Bakı Fond Birjasında SOCAR İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı Fond Birjasında SOCAR İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 1 noyabr, AZƏRTAC

Noyabrın 1-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tədavül müddəti 5 təqvim ili olan AZ2002019894 dövlət qeydiyyat nömrəli, 100 milyon ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən AZƏRTAC-a bildirilib ki, abunə yazılışı zamanı 754 investor tərəfindən 761 sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 4,5 faiz, faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək. Abunə yazılışı üzrə sifarişlərin nominal qiymətlə ümumi məbləği 380 milyon 614 min USD təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 100 milyon USD olub. Yerləşdirmə üzrə baş anderrayter “PSG-Kapital İnvestisiya Şirkəti” QSC-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.