İQTİSADİYYAT


Bakı Fond Birjasında əqdlər üzrə dövriyyə 72 faiz artıb 

Bakı, 11 yanvar, AZƏRTAC

2018-ci ildə "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlər üzrə dövriyyə 23,45 milyard manat təşkil edib.

AZƏRTAC BFB-yə istinadən xəbər verir ki, bu, 2017-ci illə müqayisədə 72 faiz çoxdur. Son bir ildə bağlanmış əqdlərin sayı isə 112 min 950-yə çatıb.

BFB-nin dövriyyəsinin 8,557 milyard manatı törəmə maliyyə alətlərinin payına düşüb. Bu müddətdə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 2,2 dəfə artaraq 13,341 milyard manat, səhm bazarı üzrə əqdlərin dəyəri 3,3 dəfə azalaraq 215 milyon manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri 15,4 faiz azalaraq 726 milyon manat, REPO əməliyyatları üzrə əqdlərin dəyəri isə 11,9 dəfə artaraq 612 milyon manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.