İQTİSADİYYAT


Bakı Fond Birjasında fyuçerslərin ticarətə buraxılması layihəsinə başlanılıb

Bakı, 22 iyul, AZƏRTAC

Bakı Fond Birjasında (BFB) fyuçerslərin ticarətə buraxılması layihəsinə başlanılıb.

BFB-dən AZƏRTAC-a bildirilib ki, “Bakı Fond Birjası” QSC-nin ticarət platformasında fyuçers törəmə maliyyə alətlərinin ticarətə buraxılması layihəsi üzrə BFB və üzvlərindən ibarət işçi qrupu yaradılıb. Layihəyə, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dəstək göstərilir.

Fyuçers törəmə maliyyə alətlərinin standartlaşdırılmış formada fond birjası vasitəsilə ticarətə buraxılmasının əsas üstünlüyü xarici valyuta üzərindən əməliyyat aparan bazar iştirakçıları üçün valyuta risklərinin idarə olunması və minimallaşdırılması üçün hedcinq imkanları yaratmasıdır. Maliyyə bazarlarında valyuta risklərinin azaldılmasının əsas prioritetlərindən biri olduğunu nəzərə alaraq, fyuçers tipli alətlərin investorlar, xüsusilə banklar, tərəfindən yüksək tələbatla qarşılanması gözlənilir. Hedcinq imkanları ilə yanaşı, fyuçers törəmə maliyyə alətlərinin ticarəti investorlar üçün əlavə gəlir mənbəyi formalaşdırmağa şərait yaradır.

Müxtəlif növ investorlar tərəfindən fyuçers tipli yeni alətlərə marağın göstərilməsi, həmçinin fond birjasında ticarət üzrə likvidliliyin artmasına və bazar qiymətlərinin daha effektiv müəyyən olunmasına səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.