Bakı Fond Birjasında istiqrazların yerləşdirilməsi üzrə hərraclar keçiriləcək
AzerTAg.az
Bakı, 11 avqust (AZƏRTAC). Avqustun 12-də Bakı Fond Birjasında (BFB) qısamüddətli və geri çağırılmaq hüququna malik birillik dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərraclar keçiriləcək.
BFB-dən AZƏRTAC-a daxil olan məlumata görə, qısamüddətli istiqrazlar üzrə yerləşdiriləcək qiymətli kağızın ümumi həcmi 4 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 182 gün təşkil edir. İstiqrazlar 2015-ci il fevralın 10-da ödəniləcək.
Geri çağırılmaq hüququna malik birillik dövlət istiqrazları üzrə yerləşdiriləcək qiymətli kağızın ümumi həcmi isə 12 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 364 gündür. İstiqrazların 2015-ci il avqustun 11-də ödənilməsi nəzərdə tutulur.
Hərrac zamanı istiqrazların 20 faizindən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbuluna icazə verilir.
Xəbərin mətnində orfoqrafik səhv var