İQTİSADİYYAT


Bakı Fond Birjasında listinq və ticarət qaydalarının yeni layihəsi qəbul olunub

Bakı, 12 mart, AZƏRTAC

“Bakı Fond Birjasında qiymətli kağızların listinqə daxil olması, listinqdə saxlanması delistinqi və ticarətinin təşkili Qaydaları”nın (listinq qaydaları), o cümlədən “Bakı Fond Birjasında qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi Qaydaları”nın (ticarət qaydaları) yeni layihəsi qüvvəyə minib.

Birjadan AZƏRTAC-a bildirilib ki, listinq qaydalarına edilən dəyişikliklər nəticəsində beynəlxalq təcrübəyə uyğun bazar seqmentlərinin formalaşdırılması və listinqə daxil edilmə proseslərinin optimallaşdırılması təmin olunub. Belə ki, səhm və istiqrazların listinqi üzrə 2 seqment müəyyən edilib (əsas və standart bazar seqmentləri), eyni zamanda, alternativ bazar seqmenti ləğv olunub. Bakı Fond Birjası ilə listinq müqaviləsi olmayan və qiymətli kağızları aktiv ticarət olunmayan emitentlər delistinq edilərək listinqdən kənarlaşdırılıb və listinqdə yalnız likvid qiymətli kağızlar saxlanıb. Bu yanaşma gələcəkdə səhmlərlə birja indeksinin formalaşdırılmasına və səhmlərə əsaslanan törəmə maliyyə alətlərinin yaranmasına dəstək olacaq. Bu da öz növbəsində, uzunmüddətli perspektivdə listinqdə olan qiymətli kağızların sayının və bazar kapitalizasiyasının artmasına, habelə real sektora maliyyələşmə imkanı təqdim edən effektiv fond birjasının formalaşmasına dəstək olacaq. Listinq qaydalarına edilən dəyişikliklər nəticəsində qiymətli kağızların Bakı Fond Birjasında listinqə daxil edilmədən ticarətinin təşkili mümkün olacaq. Bu, qeyri-listinq siyahısında olan qiymətli kağızlarla ticarətin və qapalı yerləşdirmələrin daha sürətli və sadə şəkildə təşkilinə imkan verəcək. Bununla yanaşı, qabaqcıl fond birjalarında oxşar təcrübələr nəzərə alınmaqla Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən buraxılan qiymətli kağızların fond birjası vasitəsilə yerləşdirilməsi prosedurları sadələşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.