İQTİSADİYYAT


Bakı Fond Birjasında ticarət bazarları üzrə birja üzvlərinin dövriyyəsi açıqlanıb

Bakı, 20 avqust, AZƏRTAC

Yanvar-iyul aylarında Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin ümumi dövriyyəsi 10,278 milyard manat təşkil edib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, yeddi ayda ən böyük əməliyyat həcmi 5,401 milyard manat olan “PAŞA Kapital” investisiya şirkəti birinci, 1,867 milyard manatla “AzFinans İnvestisiya Şirkəti” QSC ikinci, 1,207 milyard manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC üçüncü yerdə qərarlaşıb.

Ən az dövriyyə isə “BTB Kapital” investisiya şirkətinə məxsus olub - 97,846 milyon manat.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.