İQTİSADİYYAT
Bakı Fond Birjasının Listinq Məsləhət Proqramının imkanları genişləndiriləcək
Bakı, 5 iyul, AZƏRTAC
Bakı Fond Birjasının (BFB) Listinq Məsləhət Proqramının imkanları genişləndiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, Bakı və London Fond birjalarının birgə əməkdaşlığı çərçivəsində şirkətlərin yerli kapital bazarları vasitəsilə maliyyələşmə imkanlarının genişləndirilməsi istiqamətində bazar iştirakçıları ilə görüş keçirilib.
Tədbir çərçivəsində maliyyələşmənin təşviqi istiqamətində London Fond Birjasının nümayəndəsi tərəfindən “Elite” proqramı imkanlarından istifadə etməklə Bakı Fond Birjasının Listinq Məsləhət Proqramının imkanlarının genişləndirilməsi barədə məlumat verilib.
BFB Listinq Məsləhət Proqramının xidmətlərinin, tərəfdaşlarının və əhatə dairəsinin genişlənməsi istiqamətində fəaliyyətini davam etdirir.