İQTİSADİYYAT
Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb
Bakı, 12 avqust, AZƏRTAC
Yanvar-iyul aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə keçirilən əqdlərin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə artaraq 5 milyard 338 milyon manata çatıb.
AZƏRTAC BFB-yə istinadla xəbər verir ki, hesabat dövründə dövlət qiymətli kağızlar bazarının həcmi 1 milyard 610 milyon manat təşki edib. Bunun 387,2 milyon manatını Maliyyə Nazirliyinin dövlət istiqrazları, 1 milyard 223 milyon manatını isə Azərbaycan Mərkəzi Bankının notları təşkil edib.
Son bir ildə pay (səhm) bazarının həcmi 667,6 milyon manat, borc (istiqraz) bazarının həcmi isə 470,5 milyon manat olub. Törəmə alətlər bazarının həcmi isə 2 milyard 578 milyon manata çatıb.
Bu ilin ilk 7 ayı ərzində repo əməliyyatlarının həcmi isə 11,6 milyon manat təşkil edib.