İQTİSADİYYAT


Bakı Fond Birjasının dövriyyəsi artıb

Bakı, 7 iyun, AZƏRTAC

Yanvar-aprel aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 9,95 milyard manat olub.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, son bir ildə bağlanmış əqdlərin sayı isə 62 faiz artaraq 48 min 552-yə çatıb. Bu müddətdə BFB-nin dövriyyəsinin 4,291 milyard manatı törəmə maliyyə alətlərinin payına düşüb. Dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 4,932 milyard manat, səhm bazarı üzrə əqdlərin dəyəri 67 milyon manat, borc alətləri bazarı 283 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 378 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.