İQTİSADİYYAT


Bakı Fond Birjasının ticarət dövriyyəsi açıqlanıb

Bakı, 5 iyun, AZƏRTAC

Bakı Fond Birjasında (BFB) yanvar-may ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi dəyəri 3 milyard 843 milyon 918,8 min manat təşkil edib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, 2019-cu ilin eyni dövrü üzrə əməliyyatların dəyəri 6 milyard 242 milyon 113,8 min manat olub. Nəticə olaraq, bu ilin yanvar-may ayları üzrə dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olunmasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 243 faiz, repo əməliyyatları üzrə isə 122 faiz artım qeydə alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.