SİYASƏT


Bakı Forumu çərçivəsində "Gənclər danışsın, biz dinləyək" mövzusunda panel iclası keçirilib YENİLƏNİB VİDEO

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 18-də IX Qlobal Bakı Forumu çərçivəsində "Gənclər danışsın, biz dinləyək" mövzusunda panel iclası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, panelə moderatorluğu 2005-2010-cu illərdə Ukraynanın birinci xanımı olmuş Katerina Yuşşenko edib.

K.Yuşşenko çıxışında dünyadakı siyasi vəziyyət, Suriya, Ukrayna böhranları, qlobal su çatışmazlığı və digər məsələlərə toxunub. Bildirib ki, bu gün Suriyada, Ukraynada, Sudanda, Yəməndə uşaqlar ağlayır. Biz, ilk növbədə, gəncləri dinləməliyik. Biz gənc liderlərin şəbəkəsini təsis etməyə çalışırıq. Panel çərçivəsində gənc liderlərimizin müzakirəsi olacaq.

Təhlükəsizliklə bağlı müzakirəyə isə gənc liderlərdən Vahid Əliyev moderatorluq edib.

Müzakirələr zamanı beynəlxalq təsisatlarda islahatların aparılmasının vacibliyi qeyd olunub. Ukraynalı gənc Taras Yuşşenko təhlükəsizlik strukturlarında islahatları zəruri hesab edib. O, BMT Təhlükəsizlik Şurasının üzvlərinin dəyişməli, onların sayı artırılmalı olduğunu vurğulayıb. Deyib ki, Cənubi Amerika, Afrika və Asiyadan ölkələr Təhlükəsizlik Şurasında təmsil olunmalıdır”.

Gənc liderlərdən Neal Kaldvel Ukraynada böhranın dünyada ərzaq təhlükəsizliyinə təsirindən danışıb.

Digər çıxış edənlər iqtisadiyyat, texnologiya və ətraf mühitlə bağlı fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.