MƏDƏNİYYƏT


Bakı Fotoqrafiya Evində “Havana – 500 il” adlı fotosərgi açılacaq

Bakı, 15 aprel, AZƏRTAC

Aprelin 16-da Bakı Fotoqrafiya Evində “Havana–500 il” adlı fotosərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Fotoqrafiya Evi və Kuba Respublikasının ölkəmizdəki səfirliyi tərəfindən keçiriləcək sərgi bu il artıq 500 yaşını qeyd edən Kubanın paytaxtı Köhnə Havana şəhərinə həsr ediləcək.

Havana Yeni Dünyanın ən qədim şəhərlərindən biri hesab edilir. 1519-cu il noyabrın 16-da ispan konkistadoru Dieqo Velaskes San Kristobal-de-la-Abana qəsəbəsinin əsasını qoyub, sonradan bura indiki adını alaraq Kubanın paytaxtına çevrilib. 1982-ci ildə şəhərin tarixi hissəsi olan Köhnə Havana UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Burada böyük tarixi əhəmiyyət kəsb edən üç mindən çox tikili mövcuddur.

Sərgi ziyarətçiləri məşhur kubalı fotoqraf Vladimir Molina Espadanın əsərləri ilə tanış ola biləcəklər. Vladimir Molina ali təhsilini Matansas Universitetində alıb, “Combate News”, ICRT-də fotomüxbir kimi çalışıb. Hazırda “Prensa Latina”da fotojurnalist kimi çalışan Espada, eyni zamanda, müxtəlif beynəlxalq tədbirləri işıqlandırır.

Aprelin 23-dək davam edəcək sərgidə müəllifin Köhnə Havananı əks etdirən 30 əsəri nümayiş ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.