MƏDƏNİYYƏT


Bakı Fotoqrafiya Evində görüş keçiriləcək

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Bakı Fotoqrafiya Evində tanınmış fotoqraf, səyyah Emil Xəlilovla görüş keçiriləcək.

AZƏRTAC xəbər verir ki, saat 19:00-da başlayacaq görüşdə yalnız qeydiyyatdan keçən 15 nəfər iştirak edə bilər. Həmçinin görüş “Zoom” proqramı vasitəsi ilə canlı yayımlanacaq.

Fotoqrafın yaradıcılıq səfərlərinin coğrafiyası çox genişdir – ucqar dağ kəndimiz Xınalıqdan tutmuş Katmanduya (Nepal) qədər müxtəlif əraziləri əhatə edir.

İştirak etmək istəyənlər tədbirin www.bakustreetphoto.az saytındakı səhifəsində qeydiyyatdan keçə bilərlər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.