MƏDƏNİYYƏT


Bakı Fotoqrafiya Evinin açılışı olacaq

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 14-də İçərişəhərdəki “Zəncirli bina”da Bakı Fotoqrafiya Evinin açılışı olacaq.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində, həmçinin fotoqraf Sənan Ələsgərovun əsərləri və tədqiqatçı Bəhruz Hüseynzadənin şəxsi kolleksiyasından olan fotoşəkillərdən ibarət “İçərişəhər” adlı sərgi də nümayiş olunacaq. Sərgi iştirakçılara şəhərlə fotoqraf arasında yarım əsr müddətində cərəyan edən dialoq prosesini izləməyə imkan verəcək. Eyni zamanda, fotolar sənədli şahidə çevrilərək ötüb keçən zamanın təkcə şəhərin landşaftını, işıq və havasını deyil, onun optikasını da dəyişdirdiyini bizə göstərəcək.

Rəssam və tədqiqatçı Bəhruz Hüseynzadə artıq 15 ildir fotokolleksiya toplayır. Onun kolleksiyasına XIX əsrin sonu – XX əsrin əvvəlinə aid yüzlərlə orijinal fotoşəkil daxildir. İyirmi mindən çox təsviri özündə birləşdirən bu arxivdə materiallar estamp, çap və ya rəqəmsal nüsxə formasında saxlanılır.

Fotoqraf-rəssam Sənan Ələsgərov İçərişəhərdə doğulub boya-başa çatıb. O, 40 ildir İçərişəhərin fotoxronikasını lentə alır. Fotoqrafiya Evinin sərgisində də İçərişəhərə məxsus fotoşəkillərdən bir silsilə nümayiş ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.