CƏMİYYƏT


Bakı Heyvanat Parkına 18 növ  yeni heyvan növləri gətirilib

Bakı, 24 oktyabr, AZƏRTAC

Sentyabr–oktyabr aylarında heyvanların nəslinin artırılması məqsədilə Bakı Heyvanat Parkına Rusiya və Özbəkistandan yeni heyvan növləri gətirilib. Belə ki, Daşkənd Heyvanat Parkından lama, yallı, çəhrayı qutan, quzğun, yapalaq olmaqla, ümumilikdə 6 baş heyvan alınıb.

Bu barədə AZƏRTAC-a Bakı Heyvanat Parkından məlumat verilib.

Məlumatda bildirilir ki, Bakı Heyvanat Parkından Daşkənd Heyvanat Parkına iki baş qonur ayı, iki baş fısıldayan qu, on baş sultan toyuğu, bir baş Hindistan tərəndazı göndərilib. Bununla yanaşı, park Moskva Heyvanat Parkından iki baş Dağıstan turu, bir baş xalçavarı piton, üç baş mandarin ördəyi, üç baş qırqovul və üç baş qulaqlı qırqovul alıb.

Qeyd edək ki, heyvan növlərinin mübadiləsi hər iki tərəfin heyvanat parkları arasında bağlanmış müvafiq müqaviləyə əsasən həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.