İDMAN


Bakı İdman Sarayında sambo üzrə ölkə çempionatı və birinciliyi start götürüb

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 13-də Bakı İdman Sarayında sambo üzrə yeniyetmə, gənclər və böyüklər arasında ölkə çempionatı və birincilikləri start götürüb.

Azərbaycan Sambo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışların birinci günündə yeniyetmələr, ikinci günündə gənclər, üçüncü günündə isə kişilər mübarizə aparacaqlar.

Yarışlarda ölkəmizin rayon və şəhərlərinin idman cəmiyyətləri və klublarından 500-ə yaxın idmançı medallar uğrunda yarışacaq. Yeniyetmə, gənclər və böyüklər arasında ölkə çempionatı və birinciliklərinə fevralın 15-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.