CƏMİYYƏT


Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 13 dekabr, AZƏRTAC 

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Nəbiyev Əli Maqsud oğlu ilə qısamüddətli görüşə gəlmiş qonşusu Yevlax rayon sakini Hacıyev Ələddin Sələddin oğlu tərəfindən gətirilmiş sovqata və onun üzərinə baxış keçirilib. Baxış zamanı Ə.Hacıyevin əynindəki gödəkçənin cibindəki siqaret qutusunda gizlədilmiş üç bükülüdə 1,227 qram narkotik maddə - marixuana və 10 siqaret filtrində xüsusi üsulla gizlədilmiş toz halında 2 qram metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.