MƏDƏNİYYƏT


Bakı Kitab Mərkəzində “Ulduzla oxu” layihəsi çərçivəsində növbəti görüş təşkil ediləcək

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Bakı Kitab Mərkəzində Əməkdar artist, telejurnalist Nərgiz Cəlilova ilə görüş təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, tədbir mərkəzin “Ulduzla oxu” layihəsi çərçivəsində reallaşacaq.

Görüş zamanı Nərgiz Cəlilova “Necə danışmalı?” mövzusunda ustad dərsi keçirəcək, Azərbaycan dilinin saflığı və səlisliyi haqqında danışacaq, iştirakçıların suallarına cavab verəcək.

Tədbirdə hər kəs iştirak edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.