MƏDƏNİYYƏT


Bakı Kitab Mərkəzində “Yazıçı ilə dialoq” layihəsi çərçivəsində növbəti görüş

Bakı, 13 may, AZƏRTAC

Bakı Kitab Mərkəzinin “Yazıçı ilə dialoq” layihəsinin növbəti qonağı Azərbaycanın görkəmli şairi, yazıçısı və kinodramaturqu Ramiz Rövşən olub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, çoxsaylı pərəstişkarlarını salamlayan şair görüşdə həyatı, yaradıcılığı, ədəbiyyata gəlişi haqqında söhbət açıb və oxucuların suallarını cavablandırıb.

Daha sonra o, uşaq ədəbiyyatında mövcud olan problemlərdən, ədəbi tərcüməçi fəaliyyətindən danışıb, fəlsəfi, düşündürücü şeirlər haqqında fikirlərini bölüşüb və dünya klassiklərdən kəlamlar oxuyub.

Görüşdə R.Rövşən yeni “Sevgi açarı” kitabını da təqdim edib, ilk dəfə çap olunmuş gənclik dövrü şeirlərini oxuyub və ən məşhur şeirlərini səsləndirib. Sonda şair oxucular üçün kitablarını imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.