CƏMİYYƏT
Bakı Konqres Mərkəzində “Delta Hepatiti” adlı Beynəlxalq konfrans keçiriləcək
Bakı, 19 iyun, AZƏRTAC
İyunun 27-28-də Bakı Konqres Mərkəzində “Delta Hepatiti” adlı Beynəlxalq konfrans keçiriləcək.
Milli Onkologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub və davamlı tibbi təhsil üzrə 16 kredit vahidi verilib.
Konfransda iştirak etmək üçün e-sehiyye.gov.az saytına daxil olaraq konfransa qeydiyyatdan keçmək mütləqdir.
Elmi proqram Delta və B hepatitləri üzrə mütəxəssisləşmiş məruzəçilərin təqdimatlarından ibarət olacaq. Konfrans, aparıcı klinik mütəxəssislər və tədqiqatçılarla görüşmək, qarşılıqlı əlaqə yaratmaq və hepatoloqlar üçün ən son məlumatları əldə etmək imkanı yaradacaq.
Ətraflı məlumat üçün keçid linki də təqdim olunur: https://apaslstc2019.com/.