SİYASƏT
Bakı Konqresində müasir medianın gələcəyi baxımından mühüm məsələlər müzakirə olundu
Bakı, 19 noyabr, Pərvanə İmanova, AZƏRTAC
Dünya Xəbər Agentliklərinin V Konqresi müxtəlif agentliklər arasında əlaqələrin qurulmasında mühüm rol oynadı. Dünyanın bütün guşələrindən 130-dan çox xəbər agentliyinin nümayəndəsinin qatıldığı Bakı Konqresi hamımız üçün faydalı oldu, burada media təmsilçiləri təcrübələrini bölüşdü.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Konqresinin iştirakçısı, İspaniyanın EFE agentliyi prezidentinin beynəlxalq əlaqələr üzrə müşaviri Xuan Maria Calvo Roy səsləndirib.
O, sessiyalarda yeni informasiya texnologiyalarının tətbiqi, sosial medianın çağırışları, müasir dövrün tələblərindən irəli gələn digər aktual məsələlərə həsr olunmuş müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirib.
Xuan Maria Calvo Roy deyib ki, Azərbaycana bir neçə dəfə səfər edib. AZƏRTAC-ın ev sahibliyi etdiyi tədbirlərin yüksək təşkilatçılıq səviyyəsi ilə fərqləndiyinin şəxsən şahidi olub.