İQTİSADİYYAT


Bakı-Lənkəran dəmir yolunun köçürülməsi və yenidən tikilməsinə gələn il başlanılacaq

Bakı, 12 oktyabr, Elvin Camalov, AZƏRTAC

Bakı-Lənkəran dəmir yolunun köçürülməsi və yenidən tikilməsinə gələn il başlanılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu ilin sonunadək Bakı-Lənkəran dəmir yolunun yenidən tikilməsi və köçürülməsinin layihələndirilməsi başa çatacaq. Layihələndirmə Türkiyə şirkəti tərəfindən aparılır. Yolun yenidən tikilməsi və köçürülməsi Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyəti ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.