İQTİSADİYYAT


Bakı Limanı vasitəsilə daşınan quru yükün həcmində 16 faizə yaxın artım var

Bakı, 16 avqust, AZƏRTAC

Bakı Limanının texniki imkanları, müasir logistik həllərin tətbiqi ilə yükaşırmada operativliyin təmini, yük sahibləri üçün yaradılan rahat şərait və bunun kimi bir çox amillərə əsasən limana cəlb edilən yükün həcmi intensiv şəkildə artır.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, Bakı Limanı vasitəsilə daşınan ümumi yük həcminin artımı ilə yanaşı, ayrı-ayrı yük növləri üzrə də artım qeydə alınır. Əgər ötən ilin ilk yarısında Bakı Limanı vasitəsilə 576 min tondan çox quru yük daşınmışdısa, bu ilin ilk yarısında göstərici 666 min tondan çox olub ki, bu da 15,7 faizlik artım deməkdir. Belə ki, bu ilin sonuna kimi də artımın davamlı olacağı proqnozlaşdırılır.

Quru yükün daşınmasına dair illər üzrə statistik göstəricilərdə də müsbət dinamika müşahidə edilir. Belə ki, Bakı Limanı vasitəsilə 2018-ci ildə 28,436 , 2019-cu ildə 133,953 , 2020-ci ildə 253,853, 2021-ci ildə isə 347,450 tondan çox quru yük daşınıb ki, 2018 və 2021-ci illər üzrə statistik göstəriciləri müqayisə etdikdə artımın 12 dəfədən çox olduğunu görmək olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.