İQTİSADİYYAT


Bakı Limanında aşırılan konteynerlərin sayı 30 faiz artıb

Bakı, 19 aprel, AZƏRTAC

Bakı Limanında aşırılan konteynerlərin sayı 30 faiz artıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, cari ilin ilk rübündə aşırılan irihəcmli nəqliyyat vasitələrinin (TIR) sayı keçən ilin müvafiq dövrünə nisbətən artım müşahidə olunaraq 9165 ədəd olub. Bunlardan 6605 ədədi (72 faiz) Bakı-Türkmənbaşı-Bakı, 2560 ədədi isə (28 faiz) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib. Aşırılan konteynerlərin sayında isə 30 faiz artım qeydə alınıb və konteynerlərin sayı TEU ekvivalentində 9261-ə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.