İQTİSADİYYAT
Bakı Limanında təltif edilən limançılarla görüş olub
Bakı, 6 iyul, Elvin Camalov, AZƏRTAC
İyulun 6-da “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təltif olunmuş limançılarla görüşüb. Qeyd edək ki, limançılar cari ilin 23 iyun tarixində Prezident tərəfindən imzalanmış Sərəncamla Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunublar.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, baş direktor Bakı Limanının fəaliyyətinin daim Prezidentin diqqət mərkəzində olduğunu söyləyib. Cari ilin mayın 14-də dövlət başçısı Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının açılışını edib və limanın ölkənin qeyri-neft sektorunda rolunu, beynəlxalq nəqliyyat dəhlizlərinə verdiyi töhfəni qeyd edib.
Prezidentin Sərəncamı ilə 6 limançının təltif olunması limana olan diqqətin daha bir göstəricisidir. Limançılar öz təşəkkürlərini bildirərək, Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində Bakı Limanının daha böyük nailiyyətlər qazanacağını vurğulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]