İQTİSADİYYAT


Bakı Limanının yük dövriyyəsi artıb

Bakı, 19 aprel, AZƏRTAC

Cari ilin ilk rübündə Bakı Limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətdə 17 faizədək artıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, birinci rübdə QSC-də əsas xidmətlər üzrə nəzərə çarpacaq artım müşahidə olunub. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm hissəsi olan limanda ilk rübdə ümumi yükaşırmanın həcmi 1,4 milyon tondan çox olub ki, bu da keçən ilin müvafiq göstəricisindən 16,7 faiz çoxdur. Cari ilin 3 ayında tranzit yüklərin payı ümumi yükaşırmanın 93 faizini təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 22 faizlik artım deməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.