İDMAN


“Bakı Marafonu 2022”nin 83 yaşlı iştirakçısı: Artıq bir neçə dəfə Bakıda təşkil edilən belə idman yarışına qatılıram

Bakı, 15 may, AZƏRTAC

Artıq bir neçə dəfə Bakıda təşkil edilən belə yüksək səviyyəli idman yarışına qatılıram. Bakı yarımmarafonunda üçüncü dəfə iştirak edirəm. 2017-ci ildə, 2018-cu ildə iştirak edirəm. Bu il üçüncü dəfə iştirak edirəm. Bu gün paytaxtımızın sakinləri və qonaqları üçün əsl bayramdır. Uzun illərdir marafonlarda qaçış idman növü ilə məşğul oluram. Ümumiyyətlə, Azərbaycanda belə uzun məsafəni qaçan mənim yaşda insanlar azdır.

Bu sözləri “Bakı Marafonu 2022”nin ən yaşlı iştirakçılarından olan, təqaüdçü Tanrıverdi Əliyev AZƏRTAC-a müsahibəsində deyib.

Tanrıverdi Əliyev qeyd edib ki, bu qaçış yarışı yaxşı məşğuliyyətdir. Yarışın təşkilinə görə Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm: “Çox sağ olsunlar bu yarışı təşkil ediblər. İnsanları bu yarışa cəlb ediblər ki, onlar daha çox təmiz havada olsunlar. Arzu edirəm ki, belə tədbirlər çox olsun. Gələcəkdə başqa marafonlarda iştirak etmək istərdim”.

Əvvəllər tikinti sahəsində işlədiyini bildirən “Bakı Marafonu 2022”nin 83 yaşlı iştirakçısı deyib: “Belə yarışlar insanlarda idmanla məşğul olmağa marağı artırır, fiziki cəhətdən sağlamlığı möhkəmləndirir. Düşünürəm ki, əgər insanda idmana maraq, sağlam bədən varsa onun idmanın bütün növlərində perspektivi ola bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.