MƏDƏNİYYƏT
Bakı Marionet Teatrı beynəlxalq festivalda ölkəmizi təmsil edəcək
Paris, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 21-22-də Bakı Marionet Teatrı Fransanın Şarlövil-Mezyer (Charleville-Mézières) şəhərində 20-ci Beynəlxalq Marionet Teatrları Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festivalda ölkəmizi təmsil edəcək Bakı Marionet Teatrı “Leyli və Məcnun” tamaşası ilə çıxış edəcək. Festivalda 30-dan çox ölkənin truppaları 150-dən çox tamaşa təqdim edəcək. Hər dəfə festivala 150 mindən çox tamaşaçı qatılır. Əvvəllər 3 ildən bir keçirilən festival 2009-cu ildən 2 ildən bir təşkil olunur.
Qeyd edək ki, ölkəmizin zəngin mədəni irsinin gələcək nəsillərə ötürülməsi və milli dəyərlərə bağlılığın yaşadılması məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi dəstəyi ilə Marionet Teatrı 2013-cü ildən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir. Mədəniyyətimizi təşviq edən teatr ölkə daxilində və onun hüdudlarından kənarda da bir çox uğurlara imza atıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris