ELM VƏ TƏHSİL


“Bakı Məktəblərarası Debat Forumu 2018” başa çatıb

Bakı, 29 dekabr, AZƏRTAC 

Milli Debat Proqramı çərçivəsində həyata keçirilən “Bakı Məktəblərarası Debat Forumu 2018” uğurla başa çatıb. On orta təhsil müəssisəsindən ümumilikdə 100-dən çox şagirdin iştirak etdiyi, Təhsil Nazirliyinin və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Bakı Məktəblərarası Debat Forumu 2018” layihəsinin final və mükafatlandırılma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, forumun qrup və “play-off” mərhələsində 10 məktəbdən 22 komanda iştirak edib. Final oyunu Bakı Avropa Liseyi və 6 nömrəli məktəb-liseyin şagirdləri arasında keçirilib.

Mərasimdə Milli Debat Proqramının rəhbəri Qulamhüseyn Məmmədov layihənin məktəblərdə reallaşdırılmasından və şagirdlərin inkişafında əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Məktəbli debatçılar 2 həftə ərzində “Atom elektrik stansiyaları məhdudlaşdırılmalıdır” mövzusunda araşdırmalar apararaq, gərgin təlim və məşq prosesinin ardından müxtəlif biliklərə yiyələnib, debatlar aparıblar.

Sonra finala vəsiqə qazanmış Bakı Avropa liseyinin “DeBal” və 6 nömrəli məktəb-liseyin “JockZilla” komandaları final mərhələsində görüşüblər. “Bakı Məktəblərarası Debat Forumu 2018”in kubokunu Bakı Avropa Liseyinin “DeBal” komandası qazanıb.

Forumun üç ən yaxşı natiqi də müəyyənləşib. Belə ki, Bakı Avropa Liseyinin şagirdləri Hüseyn Həsənov, Nərgiz Əli, İbrahim Əsgərov müvafiq olaraq ilk üç pillədə yer alıblar. Forumun ən yaxşı məşqçisi - Ümid Mahmudov, ən yaxşı hakimi – Talifa İsgəndərli olub.

Yekunda qalib və finalçılar, həmçinin ən yaxşı natiq, məşqçi və hakimlər mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.